Bu ölkədə dövlət çevrilişinə cəhd oldu - Saxlanılanlar var

16:33 - 5 Sentyabr 2021

Bu ölkədə dövlət çevrilişinə cəhd oldu - Saxlanılanlar var

Qvineya Respublikasında dövlət çevrilişinə cəhd edilib.

Manset.az xəbər verir ki, bu barədə "Jeune Afrique" jurnalı məlumat yayıb.

"Reuters" agentliyi isə xəbər verib ki, hərbçilər Qvineyanın paytaxtı Konakridə prezident sarayının qarşısındadır. Konakrinin şimalından hökumət sarayına, prezident sarayının yerləşdiyi yerə gedən yeganə avtomobil yolu əsgərlər tərəfindən blokadaya alınıb.

Çevriliş cəhdinin arxasında xüsusi təyinatlılar qrupunun nümayəndələri dayanır. Qrupa əvvəllər Fransa xarici legionunda xidmət etmiş polkovnik Mamadi Dumbuya rəhbərlik edir.

Son məlumata görə, çevrilişə cəhddə iştirak edən 25 hərbçi saxlanılıb.

Bundan əvvəl Konakrinin hökumət məhəlləsində atışma səslərinin eşidildiyi barədə məlumat yayılmışdı.


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin