Bir az səbr və zamana ehtiyacımız var - Mehmet Şimşek

00:01 - 8 İyun 2023

Bir az səbr və zamana ehtiyacımız var - Mehmet Şimşek

Türkiyənin yeni maliyyə naziri Mehmet Şimşek andiçmə mərasimindən sonra özünün sosial media hesabında paylaşım edib.

 

Manset.az xəbər verir ki, o, vəziyyətin düzəlməsi üçün səbr və zamana ehtiyacı olduğunu bildirib.

"Bu yolda hər kəsin dəstəyi ilə hədəflərimizə çatacağıq... Bir az səbr və zamana ehtiyacımız var”, - o qeyd edib.

Şimşək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdar olduğunu bildirib.

"Daha firavan və möhkəm Türkiyə yaratmaq üçün prinsiplərimiz şəffaflıq, ardıcıllıq, hesabatlılıq və proqnozlaşdırıla bilənlik olacaq", - nazir vurğulayıb.

"Biz daxili və xarici çağırışlarla mübarizə apararkən proqnozlaşdırıla bilənliyimizi artırmaq üçün qaydalara əsaslanan siyasətin qurulmasına sadiqliyimizi təmin edirik", - Şimşek əlavə edib.


Xəbər xətti

19 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin