logo
logo logo
logo

Kiyevə gecə hücumu - 2 ölü, 10 yaralı

12:06 - 08 Sentyabr 2026

Kiyevə gecə hücumu - 2 ölü, 10 yaralı

Rusiya Ukraynanın paytaxtı Kiyevə gecə saatlarında zərbələr endirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kiyev şəhərinin meri Vitali Kliçko sosial şəbəkə hesablarında yaydığı açıqlamada gecə saatlarında paytaxta endirilən Rusiya zərbələrindən sonra 2 nəfərin həyatını itirdiyini, 10 şəhər sakininin isə yaralandığını bildirib.

Onun sözlərinə görə, yaralılardan 5-i xəstəxanaya yerləşdirilib. İki yaralının vəziyyətinin ağır olduğu qeyd edilib.

Kliçko bildirib ki, hücum nəticəsində paytaxtın müxtəlif rayonlarında anbar və digər ticarət obyektlərində, özəl məktəbin yerləşdiyi ərazidə, eləcə də yaşayış binalarında yanğın baş verib. Bir sıra binalara və avtomobillərə də ziyan dəyib.

Merin sözlərinə görə, hadisə yerlərində təcili yardım xidmətlərinin əməkdaşları və şəhər rəhbərliyinin nümayəndələri işlərini davam etdirirlər. Paytaxtda hava hücumu xəbərdarlığı da qüvvədə qalır.

Kliçko şəhər sakinlərini təhlükəsiz yerlərdə qalmağa çağırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az