"Məkkə çox yaxındır, özümü yaxşı hiss edirəm" - Benzema

09:02 - 9 İyun 2023

"Real Madrid"dən ayrılaraq Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandasına keçən Benzema Ərəbistanda olmaqdan xoşbəxt olduğunu dilə gətirib.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə,  Benzema klubun rəsmi saytına transferi ilə bağlı açıqlamalar verib.

"Əl-İttihad"ın stadionunun "qeyri-adi" olduğunu qeyd edən Benzema, "Dediyim kimi, burada böyük həvəs var"- deyə öz fikirlərini bildirib. “Səudiyyə Ərəbistanında olmaqdan xoşbəxt olduğunu” ifadə edən Benzema ərəb dilini öyrənmək və səlis danışmaq istədiyini deyib.

"Mənə elə gəlir ki, insanlar məni həqiqətən sevirlər. Məkkə həqiqətən yaxındır və özümü ən yaxşı hiss etdiyim yer budur" -deyə ulduz futbolçu öz məmnunluğunu ifadə edib.

Qeyd edək ki, Kərim Benzema "Əl-İttihad"la illik 200 milyon avro qarşılığında üç mövsümlük müqavilə imzalayıb.Fransız futbolçu 3 il ərzində 600 milyon avro qazanacaq.


Xəbər xətti

18 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin