Türkiyəli voleybolçunu təhdid edən şəxs tutuldu

15:39 - 02 Avqust 2023

Türkiyəli voleybolçunu təhdid edən şəxs tutuldu

Türkiyəli voleybolçu Hande Baladini təhdid edən şəxs həbs olundu.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, şübhəli qismində saxlanılan instaqram istifadəçisi Mustafa N çempion olduqdan 3 gün sonra sosial şəbəkədə voleybolçu Hande Baladini, Eczacıbaşı Dynavit komandası və sponsor şirkəti hədəf alan təhdid mesajları yazıb.

Beləki, Mustafa N eyni gündə müxtəlif paylaşımlarla təhdidlərinə davam edib. İfadəsi zamanı təqsirləndirilən şəxs bildirib ki, bu qızdan qisas almayınca mənə ölüm yoxdu.

Qeyd edək ki, Mustafa N. voleybolçunu üzünə turşu tökməklə hədələmişdi. Saxlanılan şəxsin hədə-qorxu, yaralanma və narkotik kimi cinayətlər qeydinin olduğu müəyyən edilib. Mustafa N, həmçinin, Bakırköy Ruh və Sinir Xəstəlikləri Xəstəxanasında qeydiyyatdadır və eyni zamanda orda texniki işçi kimi çalışır.

Aygün

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az