İsraillə Fələstinin radikal HƏMAS təşkilatı arasında danışıqların yeni raundu başlayıb.
Manset.az xəbər verir ki, bu barədə Haber Global məlumat yayıb.
Məlumata görə, danışıqlar Misirin Şarm-əş-Şeyx şəhərində keçirilir.
Qeyd olunub ki, danışıqların əsas mövzusu ABŞ Prezidenti Donald Trampın Qəzzada sülh planı və onun detallarının icrasıdır.