Tramp bir daha Putinin onu məyus etdiyini dedi

22:19 - 07 Oktyabr 2025

Tramp bir daha Putinin onu məyus etdiyini dedi

ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Mark Karni ilə görüşündə Rusiya Ukrayna müharibəsini bitirməyin Yaxın Şərqdə sülhün əldə edilməsindən daha çətin ola biləcəyini deyib.


Manset.az xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Trampın sözlərinə görə, Yaxın Şərqdə sülh sazişi artıq bağlanmağa yaxındır.

“Bunun sadə məsələ olacağını düşündüm. Putinlə çox yaxşı anlaşırdım və düşünürdüm ki, belə də olacaq. O məni çox məyus etdi. Çünki bunun həllinin asan olacağını düşünürdüm, amma bunun Yaxın Şərqdəkindən daha çətin olduğu məlum oldu. Yaxın Şərqdə nə baş verəcəyini görəcəyik”, - Tramp bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az