ABŞ ordusu Suriyada terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Deyrəz-Zor vilayətindəki bazalara 50-yə yaxın avtomobildən ibarət gücləndirmə karvanı göndərib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, dünən ABŞ qüvvələrinin karvanı İraq və Suriya arasındakı Əl-Valid sərhəd qapısından keçərək Həsəkəyə daxil olub.
Təxminən 50 maşından ibarət konvoy Deyrəz-Zor çölündə terror təşkilatı PKK/YPG-nin işğal etdiyi bölgələrdəki Koniko və əl-Ömər neft yataqlarında ABŞ qüvvələrinin bazalarına çatıb.
Konvoylarda zirehli texnika, yanacaq tankerləri və sursatla dolu maşınlar olub.
Qeyd edək ki, Vaşinqton PKK/YPG terrorçularının işğal etdiyi neft yataqlarında yerləşən hərbi baza və məntəqələrə davamlı olaraq əlavə qüvvələr göndərir.
Aygün
Manşet.az