Türkiyənin Adıyaman şəhərinin Gölbaşı rayonunda 4,1 maqnitudalı zəlzələ olub.
Manset.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, təbii fəlakətin ocağı yerin 5,43 km dərinliyində olub. Yeraltı təkanlar Bakı vaxtı ilə 18:25-də qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Jalə
Manşet.az