Ərdoğan-Putin görüşü Rusiyada baş tuta bilər

11:36 - 19 Avqust 2023

Ərdoğan-Putin görüşü Rusiyada baş tuta bilər

Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında planlaşdırılan görüş Rusiyada baş tuta bilər.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Sabah” qəzeti yayıb. 

Köşə yazarı Okan Müderrisoğlunun sözlərinə görə, belə bir təklifi Rusiya tərəfi irəli sürüb. 

Yazar bildirir ki, liderlərin görüşü Qara dəniz regionunda təhlükəsizliyin təmin edilməsi üçün vacibdir. 

O, bununla belə görüşün mümkün tarixini qeyd etməyib.

Xatırladaq ki, bu ay Putinin Türkiyəyə səfəri planlaşdırılır. Səfərlə bağlı konkret tarix məlum deyil.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az