"Qarabağda Ermənistanın və onun havadarlarının separatçılıq planları suya düşdü" - Aydın Hüseynov

19:24 - 21 Avqust 2023

\"Qarabağda Ermənistanın və onun havadarlarının separatçılıq planları suya düşdü\" - Aydın Hüseynov

"Son zamanlar Qarabağdakı ermənilərin köçü ilə bağlı videogörüntülər paylaşılmaqdadır. Görüntülərdən aydın görünür ki, əksəriyyəti bölgəni birdəfəlik tərk edirlər. Xatırlayırsınızsa, 9 noyabr razılaşmasından sonra ərazidə qalan ermənilər müxtəlif yerli və xarici mediaya açıqlamalarında əllərində silahla çıxışlar edirdilər ki, onlar sonacan ərazidə qalacaqlar. Yəni, Azərbaycan ərazisində həmin insanlar terrorçuluq edəcəkdilər." 

 

Manset.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. O əlavə edib ki, Ermənisan və onun havadarlarının Qarabağdakı planları baş tutmadı.

"Maraqlıdır ki, həmin şəxslərin əksəriyyəti Rusiya vətəndaşlarıdır və onlar bölgədə separarizmi alovlandırmağa çalışan və ona dəstək verən şəxslərdir. Köçdən belə başa düşmək olar ki, onların arxalarındakı güc başa düşdü ki, artıq bölgədə "Donbas" "Dnestryanı" kimi  ssenarilər baş tutmadı və tutmayacaq. Könüllü xarakter daşıyan bu proses davamlı olacağı açıq aşkardır. Qeyd etmək yerinə düşər ki, Azərbaycan dəfələrlə Qarabağdakı ermənilərə Azərbaycan qanunları ilə yaşamaq üçün təkliflər verib. Rəsmi Bakı hər zaman yerli ermənilərin qanun çərçivəsində yaşamağına dəstək verib. Xüsusilə vurğulayaq ki, Qarabağdakı "rus icması" daim Xankəndidəki separatçılarla əlaqəli olub və bölgədəki separatizmi dəstəkləyib. Bəzən rusiya vətəndaşlığı ilı bağlı pasportların paylanılması şaiyələri də yayıldı.

Köçdəm o da anlaşılır ki, Azərbaycanda “russkiy mir” iddiası da baş tutmadı.

Rusiya sülhməramlıları noyabr razılaşmasına əsasən bölgədən erməni silahlılarının çıxarılmasını yerinə yetirməli idi. Lakin bu baş tutmadı. Üstəlik, sülhməramlılar Qarabağa Ermənistandan hərbi təyinatlı məhsulların və hərbi texnikaların daşınmasına nəinki göz yumur, hətta köməklik edir desək yanılmarıq.  

Dəfələrlə sülhməramlıların Qarabağa ermənilərin gətirilməsini, Qarabağdakı ermənilərə ərzaqların paylanılmasını, yardım kampaniyası adı altında müxtəlif fəaliyyətlətini gördük. Lakin bunların heç biri onların missiyalarına aid deyil. Noyabr razılaşmasından sonra bölgədəki ermənilər bir il müddətinə ərazidən çıxarılmalı idi, amma bu da baş vermədi. 

Köç məsələsinə gəldikdə isə bir daha qeyd etmək lazımdır ki, həm Ermənistanın, həm də onun arxasında duranların Qarabağdakı ermənilərdən separatçılıq və müxtəlif siyasi məqsədlər nəzərdə tutduqları planları suya düşdü. Ölkə başçısı İlham Əliyev dəfələrlə öz çıxışlarında Qarabağdakı ermənilərə mesajlarını verib. Bu mesajlarda bildirib ki, ermənilər ya Azərbaycan qanunları çərçivəsində yaşayacaqlar, ya da çıxıb gedəcəklər. Yəni ki, ya inteqrasiya edəcəklər, ya da çıxıb gedəcəklər." 

Laçın yolu ilə bağlı da fikir bildirən deputat vurğulayıb ki, edilən "blokada" iddiası da yalandır. "Çünki demək olar ki, hər gün Laçındakı buraxılış məntəqəsindən keçən ermənilərlə bağlı videolar paylaşılmaqdadır",deyə deputat vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az