Rusiyanın Tver vilayətində göyərtəsində "Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) rəhbərliyinin olduğu təyyarə qəzaya uğrayıb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, ölənlərin arasında 29 yaşlı ikinci pilot Rüstəm Kərimov da var.
O, 2014-cü ildə Ryazan vilayətindəki Sasovo Mülki Aviasiya Akademiyasını bitirib.
Qəzadan bir neçə gün əvvəl Kərimov həyat yoldaşı ilə toylarının dördüncü ildönümünü qeyd edib.
Qeyd edək ki, avqustun 23-ü axşam saatlarında Tver vilayətində "Embraer" təyyarəsi qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 10 nəfər olub.
Onların hamısı ölü kimi siyahıya alınıb.