Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun bir hissəsindəki problem aradan qaldırılıb - VİDEO

11:52 - 30 Avqust 2023

Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun bir hissəsindəki problem aradan qaldırılıb - VİDEO

Müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Qax və Zaqatala rayonları ərazisindən keçən hissəsində ötən gün axşam və gecə saatlarında bir-neçə ərazidə yolun hərəkət hissəsinə irigövdəli ağaclar aşıb.

 

Manset.az xəbər verir ki, yaranan problemin aradan qaldırılması üçün dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ərazilərə cəlb olunub, qısa müddət ərzində ağaclar doğranaraq daşınıb, yolun hərəkət hissəsi təmizlənib, yolboyu hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az