İran Milli Məclisinin sədri Məhəmməd Baqir Kalibaf ABŞ-İsrailin ölkəsinə qarşı başlatdığı müharibədə atəşkəs axtarmadıqlarını bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kalibaf Amerikanın "X" şirkətinin sosial media hesabında bununla bağlı mesaj paylaşıb. “Biz heç bir halda atəşkəs axtarmırıq, biz təcavüzkarın üzünə bir zərbə vurulmasının lazım olduğuna inanırıq ki, öz dərsini alsın və bir daha sevgili İranımıza hücum etməyi düşünməsin”, – deyə bildirib.
“Siyonist rejim, utancverici varlığını və hökmranlığını gücləndirmək üçün müharibə-danışıqlar-atəşkəs və sonra yenidən müharibə dövrünü davam etdirir. Biz isə bu dövrü qıracağıq”.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın dünənki açıqlamalarında ölkəsinin İsraillə birlikdə İrana qarşı başladığı müharibədə atəşkəs axtardığına dair şərhlər verilmişdi.