Saleh Məmmədov Astarada sel sularının zərər vurduğu yol və körpülərə baxış keçirdi - FOTO

16:12 - 21 Sentyabr 2023

Saleh Məmmədov Astarada sel sularının zərər vurduğu yol və körpülərə baxış keçirdi - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayon ərazisində son günlər yağan intensiv yağışlar nəticəsində yaranmış sel sularının zərər vurduğu avtomobil yollarına və yol qurğularına baxış keçiriblər.

 

Manset.az xəbər verir ki, baxış zamanı Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunması, yol qurğularının bərpası istiqamətində işlərin qısa müddətdə və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib.



Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin