İranda qum qasırğası 800-dən çox insanı xəstəxanalıq etdi - FOTO

17:36 - 21 Sentyabr 2023

İranda qum qasırğası 800-dən çox insanı xəstəxanalıq etdi - FOTO

“Sistan əyalətində qum qasırğasından sonra 859 nəfər tibb mərkəzlərinə və xəstəxanalara müraciət edib”, - deyə Sistan və Bəlucistan əyalətinin Böhran İdarəetmə İdarəsinin rəisi Məcid Mohebbi bildirib.

 

Manset.az xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalında məlumat yayılıb. 

Onun sözlərinə görə, sentyabrın 19-dan bəri əyalətin beş şəhərində davam edən qasırğa nəticəsində yüzlərlə insan tənəffüs sistemi və görmə qabiliyyətində yaranan problemlərə görə xəstəxanalara müraciət edib. Hazırda isə 50 nəfər xəstəxanaya yerləşdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az