Ərdoğanın oğlu Bakıdadır - FOTOLAR

12:38 - 28 Sentyabr 2023

Ərdoğanın oğlu Bakıdadır - FOTOLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Elm Yayma Vəqfi və Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Azərbaycana səfər edib.

 

Bu barədə Manset.az-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, B.Ərdoğan Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini və Azərbaycan İlahiyyat İnstitutunu ziyarət edib.

O, liseydə 27 Sentyabr -  Anım Günü münasibəti ilə təşkil edilən tədbirlərdə iştirak edib. B.Ərdoğan İlahiyyat İnstitutunda isə təhsil müəssisəsinin rektoru Aqil Şirinov ilə görüş keçirib.





Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv