Bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ
11 Dekabr 2024
00:30 - 3 Oktyabr 2023
“1992-ci ildə özəl ali məktəblər yaradılanda biz elə düşünürdük ki, onlar dövlət universitetləri ilə rəqabətdə önə çıxacaqlar. Ancaq bu baş vermədi, hər ikisi də zəiflədi”.
Manset.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev parlamentin payız sessiyasının oktyabrın 2-i keçirilən ilk iclasında deyib.
“Universitetlərimiz məşhur reytinqlərdə çox aşağı pillələrdə qərarlaşdılar. Əgər ali təhsildə rəqabət mühiti formalaşmadısa, bu, digər sahələrdə daha böyük çətinliklər yarada bilər. Azərbaycanda tibb təhsili Tibb Universitetində və Naxçıvan Dövlət Universitetində tədris olunur. Onlar necə rəqabət apara bilərlər? Harada rəqabət yoxdursa, orada geriləmə var. Təklif edirəm ki, ali təhsil müəssisələrində rəqabət münasibətlərinin tənzimlənməsinə ayrıca bir fəsil ayrılsın”, - millət vəkili vurğulayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin