Azərbaycanda kafedə qan töküldü - 32 yaşlı kişi 3 nəfəri bıçaqladı

10:26 - 04 Noyabr 2023

Azərbaycanda kafedə qan töküldü - 32 yaşlı kişi 3 nəfəri bıçaqladı

Mingəçevir şəhərində yerləşən kafelərin birində aralarında baş vermiş mübahisə zamanı üç nəfər kəsici alətlə bir-birinə xəsarət yetirib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Manset.az-a bildirilib ki, noyabrın 3-ü saat 19 radələrində Mingəçevir şəhərində yerləşən kafelərin birində aralarında baş vermiş mübahisə zamanı 1992-ci il təvəllüdlü Fariz Xaləddin oğlu Aslanov əvvəlcə kəsici alətlə 1965-ci il təvəllüdlü Çingiz Əliyev və 1986-cı il təvəllüdlü Ariz Tağıyevə, daha sonra isə Çingiz Əliyev kəsici alətlə Fariz Aslanova xəsarət yetirib. Hər üç şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az