İsraili dəstəkləyən Çex Baş nazirinin səfəri ləvğ edildi

17:42 - 07 Noyabr 2023

İsraili dəstəkləyən Çex Baş nazirinin səfəri ləvğ edildi

Çexiyanın baş naziri Petr Fialanın Nigeriya səfərinin Praqa administrasiyasının İsrailə verdiyi dəstək səbəbindən ləğv edildiyi iddia edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çexiya hökumətinin sözçüsü Vatslav Smolka səfərin ləğvi ilə bağlı verdiyi açıqlamada Nigeriyanın sözügedən səfəri və orada keçirilməsi planlaşdırılan iqtisadi forumu təşkil etmək üçün uyğun vəziyyətdə olmadığını və bu səbəbdən səfərin həyata keçiriləcəyini bildirib. 

Təxminən bir həftədir Afrikanın müxtəlif ölkələri ilə təmasda olan Çexiyanın baş naziri Fialanın Nigeriya səfərinin ev sahibi ölkə tərəfindən ləğv edildiyi iddia edilib.

Çexiya Xəbər Agentliyinin (CTK) diplomatik mənbələrə əsaslanaraq verdiyi xəbərdə, səfərin ləğv edilməsinə səbəb kimi Çexiyanın atəşkəs tələb edən qətnamə layihəsinə "xeyr" səsi verərək İsrailə dəstək verməsi göstərilib.

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv