Çin Dövlət Şurasının Baş nazir müavini He Lifen və ABŞ-nin maliyyə naziri Skott Bessent qarşılıqlı gömrük rüsumlarının tətbiqi fonunda gərginliyin tənzimlənməsi üzrə Cenevrədə iki raund danışıqlar keçiriblər.
Manset.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Məlumata görə, danışıqlar bazar günü davam edəcək.
Bildirilib ki, tərəflər dialoqun məzmunu barədə məlumat verməyiblər. Bessent danışıqların başlanmasından əvvəl verdiyi müsahibədə bildirib ki, Cenevrədə sazişin imzalanmasını gözləmək lazım deyil.
Nazirin sözlərinə görə, söhbət daha çox müzakirə edilməli olan məsələlər üzrə anlaşmaya nail olmaqdan gedəcək, çünki mövqelərin yaxınlaşması hər iki tərəfin maraqlarına cavab verir.