Uzun illərdir ölümü gözləyən xəstələrə baxan avstraliyalı tibb bacısı Bronnie Varenin “Ölümün əsas beş peşmanlığı” (The Top Five Regrets of the Dying) kitabı sosial mediada yenidən trend mövzusuna çevrilib.
Manset.az xarici mediaya istinadən həmin kitabda yer alan xəstələrin ölümdən əvvəl 5 əsas peşmanlığını təqdim edir:
1. “Kaş ki, başqaları üçün deyil, özüm üçün yaşayaydım”. Bir çox insan son anlarında öz arzularının arxasınca getməməyin, davamlı olaraq ailəsini və sevdiklərini xoşbəxt etməyə çalışmağın kədərini yaşayır.
2. “Kaş ki, çox işləməsəydim”. Ölüm ayağında olan insanlar çox vaxt ömürlərinin işləməklə keçdiyini, özlərinə və yaxınlarına laqeyd yanaşdıqlarını düşünürlər.
3. “Kaş ki, hisslərimi ifadə etməyə cəsarətim olaydı”. Ömrünü duyğu və istəklərini boğmaqla keçirən insanlar son anlarında peşman olurlar. Bir çox insanlar yaşadıqları məyusluqları və bu səbəbdən sona çatan münasibətləri xatırlayırlar.
4. “Kaş dostlarımla əlaqə saxlayaydım”. İnsanlar ömürlərinin son günlərində zamanla sona çatan dostluqlarını xatırlayır, dostları üçün darıxırlar.
5. “Kaş ki, daha xoşbəxt olaydım”. Ümumiyyətlə gündəlik həyatın təlaşında xoşbəxtlik axtarmayan insanlar ölməzdən əvvəl bunun peşmanlığını hiss edirlər. Davamlı olaraq mənfi şeylər haqqında düşünməkdən peşman olan insanlar həyatlarını dəyişdirəcək və onları xoşbəxt edəcək seçimlər edə bilmədiklərinə görə kədərlənirlər.
Əfsanə
Manşet.az