Suriyanın gerbi də dəyişdirildi 

17:05 - 04 İyul 2025

Suriyanın gerbi də dəyişdirildi 

Suriyanın paytaxtı Dəməşqdə Prezident sarayında keçirilən rəsmi mərasimdə ölkənin yeni gerbi ictimaiyyətə təqdim olunub.


Manset.az xəbər verir ki, yeni dizayn ölkə simvollarının yenilənməsi prosesində əsas addım kimi qiymətləndirilir. Yenilənmiş milli gerb bütün dövlət qurumlarının möhürlərində, rəsmi sənədlərində, şəxsiyyət vəsiqələrində və pasportlarında tətbiq olunacaq.

Yeni gerbdə Suriyanın 14 əyalətini təmsil edən lələkli qanadlara malik şahin təsvir olunub. Əvvəlki gerbdəki qalxanda yer alan 2 ulduz isə 3 ulduza qədər artırılıb. Eyni zamanda, əvvəlki dizaynda olan və kənd təsərrüfatını simvolizə edən buğda sünbülləri yeni gerbdən çıxarılıb.

Təqdimat zamanı çıxış edən Suriya Prezidenti Əhməd Şara gerbin məna yükünə toxunaraq bildirib:
“Tarixi araşdıran hər kəs Dəməşqin dünya hekayəsinin başlanğıcı və sonu olduğunu görəcək. Devrilmiş rejim dövründə yaşadıqlarımız Dəməşq tarixində ən alçaldıcı dövr idi. Yeni milli gerb bölünmə və parçalanmanı qəbul etməyən vahid Suriyanı təmsil edir”, – deyə Prezident vurğulayıb.

Yeni loqo ölkənin gələcək siyasi və institusional birliyinə işarə kimi təqdim olunur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az