Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

09:22 - 1 Dekabr 2023

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Gənc nəslin düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı, savadlı vətəndaş kimi böyüməsi və digər vacib amillər onların gələcəkdə cəmiyyətə inteqrasiyasında önəmli rol oynayır. Çünki istənilən uşaq hansı mühitdə böyüyürsə, məhz həmin mühitdə öyrəndiklərini gələcəkdə nümayiş etdirir. Uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması, ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə mütəmadi olaraq dövlət proqramlarının həyata keçirilməsi istiqamətində ciddi işlər görülür. 


Mövzu ilə bağlı Milli Məclisin deputatı Cavid Osmanov Manset.az-a açıqlamasında bildirib ki, bu gün ən vacib şərtlərdən biri böyüməkdə olan gənc nəslin fiziki tərbiyəsi və intelektual inkişafıdır. 

Cavid Osmanov: “Belə nüfuzlu bir təşkilatın sui-istifadə hallarına yol  verməsi ciddi narahatlıq doğurur” | 1news.az | Xəbərlər

Deputat qeyd edib ki, ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi cəhətdən inkişafı daim dövlətin diqqət mərkəzindədir: 

“Uşaqların hərtərəfli biliyə, geniş dünya görüşünə, milli mənəvi dəyərlərimizə yiyələnən vətəndaş kimi böyümələri üçün mühüm addımlar atılır. Hələ 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması bunun əyani sübutudur. Daha sonra 2003-cü ildən bu günə kimi cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gəncləri arasında Heydər Əliyevin azərbaycançılıq ideologiyası təbliğ olunmağa başlanıldı. Dövlət gənclər siyasətinin qəbul olunması, bu qanun layihəsinin daha da təkmilləşdirilməsi, istedadlı gənclərin üzə çıxarılması, xaricdə təhsil proqramlarının həyata keçirilməsi, idman tədbirlərinin əhatəsinin genişləndirilməsi, Azərbaycan gənclərinin daha təhsilli, savadlı olmaları üçün ölkə daxilində universitetlərin təkmilləşdirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü siyasətdir. Məqsəd isə həm Azərbaycan gənclərinin fiziki inkişaf etmələri, həm də öz savadları ilə beynəlxalq platformalarda Azərbaycan həqiqətlərini, haqq səsini dünyaya çatdırmağa şərait yaratmaqdır. Azərbaycan gəncliyi 44 günlük Vətən müharibədə özünü sübut etdi. Azərbaycan Ordusunun əsasını təşkil edən Azərbaycan gəncliyi artıq dünyada sözünü demiş bir gənclikdir”.

Cavid Osmanov vurğulayıb ki, bu gün ölkəmizdə böyük bir idman hərəkatı var:

“Azərbaycan gənclərin savadlılığı və kamilləşməsi ilə yanaşı idmanın inkişafı, həmçinin, gənc nəslin sağlam böyüməsi üçün geniş imkanlar yaradır. Dövlətimiz hər zaman bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə uşaq və gənclərin daha da sağlam, fiziki cəhətdən güclü, vətənini və xalqını sevən gənclər kimi yetişməsinə nail olur. Azərbaycanda idmana olan diqqət və qayğı ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir. Bu onun göstəricisidir ki, daha çox vəsait tələb edilən bu sahəyə Azərbaycan çox böyük investisiyalar yatırır. Biz bunu ən inkişaf etmiş ölkələrdə görürük. Amma Azərbayacan bunu artıq uzun illərdir ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirir. Son illər ərzində məktəblərdə ən müasir idman zallarının tikilib istifadəyə verilməsi, idman meydançalarının, açıq havalarda idman qurğularının quraşdırılması, eyni zamanda, idman mərkəzlərinin tikintisi, Bakı Olimpiya İdman Stadionunun, Milli Gimnastika Arenasının, Su İdman Sarayı və Bakı Atcılıq Mərkəzi və digər idman şəhərciklərinin istifadəyə verilməsi bunun bariz nümunəsidir. Burada əlbəttəki, bir neçə vacib istiqamət var. Burada vacib istiqamətlərdən biri gənc nəslin sağlam böyüməsi, ikincisi istedadlı idmançılarımızın üzə çıxarılması və yetişməsi, idmana kütləvililiyin artırılması, həmçinin, mənəvi cəhətdən gənclərimizin rahat və intelektual yetişərək ölkəmizə layiqli bir vətəndaş kimi yetişməsidir. Bütün bunlar əlbəttə ki, Azərbaycan dövləti tərəfindən bu sahəyə olan diqqətin və qayğının göstəricisidir. Azərbaycan artıq idman ölkəsi kimi tanınır. Çünki ölkəmizdə keçirilən müxtəlif beynəlxalq turnirlər, Avropa və dünya çempionatları, dünyanın ən nüfuzlu idman oyunlarının ölkəmizdə keçirilməsi gənclərimizin bu sahəyə daha çox həvəs göstərməsinə gətirib çıxardır və ölkəmizdə idmanın kütləvililiyini təmin edir. Azərbaycan hər zaman uşaq və gənclərimizin azərbaycançılıq ideologiyası ətrafında birləşməsi, milli mənəvi dəyərlərimizin qorunması iqtiqamətində mühüm addımlar atır. Qabaqcıl təcrübələri ölkəmizdə tətbiq etməklə Azərbaycanın idman sahəsində inkişafında və idmanın kütləvililiyinin təmin olunmasında öz modeli formalaşmışdır”. 

Əfsanə Rəcəb

6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı;

Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin