Türkiyə səfirliyi qarşısında PARTLAYIŞ

18:36 - 13 Dekabr 2023

Türkiyə səfirliyi qarşısında PARTLAYIŞ

Qırğızıstanın paytaxtı Bişkekdə Türkiyə səfirliyi qarşısında güclü partlayış hadisəsi olub.

 

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki,  Türkiyə səfirliyi yaxınlığındakı partlayış avtomobildə  baş verib.

Partlayışdan sonra ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

Səbəbi hələ məlum olmayan partlayış səfirliyin binası yaxınlığında baş verdiyi üçün diqqət çəkib.

Hadisədən ilk görüntülərdə avtomobildən tüstü qalxdığı və yanğınsöndürənlərin yanan avtomobili söndürməyə çalışdığı görülüb.

Partlayış nəticəsində ölənlərin olub-olmadığı hələlik məlum deyil. Hadisənin səbəbi ilə bağlı Qırğızıstan rəsmiləri tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Jalə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az