Kapital
Bank-ın təşəbbüsü ilə 2023-cü ildə start verilən “Birbank”
tələbə təqaüd proqramı uğurla
yekunlaşıb. Proqramın ilk seçim mərhələsinə 3000-dən
çox tələbə müraciət edib, onlardan seçilən 15 nəfər
namizəd “Birbank təqaüdçüsü” adını qazanaraq iki il ərzində ayda 300 AZN məbləğində təqaüd almaq imkanını əldə edib.
Təqaüdçülər
ölkəmizin 8 aparıcı ali təhsil müəssisəsində kompüter elmləri, informasiya
texnologiyaları, maliyyə, hüquq, iqtisadiyyat və digər sahələr üzrə məzun
olublar. Onlar bu müddət ərzində yalnız maddi dəstək deyil, həm də Kapital Bank-da real iş təcrübəsi, müxtəlif peşəkar
təlim və seminarlar, həmçinin mentor dəstəyi ilə fərdi inkişaf imkanları əldə ediblər.
Layihənin
bağlanış mərasimində Kapital Bank-ın İstedadların idarə olunması
departamentinin direktoru Aygün Həsənova
iştirakçılara iki il ərzində qazandıqları bilik və təcrübələr, həmçinin gələcəkdə
tələbələrin inkişafına yönəlik bu tipli proqramların daha da təkmilləşdirilməsi
üçün hansı təşəbbüslərin həyata keçirilə biləcəyi ilə bağlı suallar ünvanlayıb.
Xüsusilə qeyd edək ki,
proqramın iki məzunu Samin Hüseynov və Yaqub Əhmədov
dünyanın Top 10 universiteti sırasında olan Kembric Universiteti (University of
Cambridge) və İmperial Kollecində (Imperial College London) magistr təhsili almaq hüququ qazanaraq təhsillərini
xaricdə davam etdirmək imkanı əldə ediblər.
Qeyd
edək ki, yaxın günlərdə tələbələrlə bağlı yeni bir inkişaf proqramı elan
olunacaq.
Ölkənin
birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük
filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif
sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti
sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.