Sabirabad sakini özünü güllələyərək öldürüb.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Nizami kəndində baş verib.
Həmin kəndin sakini, 1970-ci il təvəllüdlü İsayev Malik Xanlar oğlu özünü güllələyərkən qəlpələr anası Nizami kənd sakini, 1938-ci il təvəllüdlü Hüseynova Səbiyyə Astan qızına dəyib.
Səbiyyə Hüseynova Şirvan xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.