Ərdoğan millət vəkilinin vəfatı ilə bağlı başsağlığı verdi

15:38 - 14 Dekabr 2023

Ərdoğan millət vəkilinin vəfatı ilə bağlı başsağlığı verdi

Xəbər verdiyimiz kimi, Türkiyə Böyük Millət Məclisində (TBMM) kürsüdə çıxış edərkən huşunu itirib yerə yıxılan Səadət Partiyası Kocaeli millət vəkili Həsən Bitməz bu gün vəfat edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Həsən Bitmezin vəfatından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səadət Partiyasının sədri Temel Karamollaoğluna zəng edərək başsağlığı verib.

Səadət Partiyasından verilən açıqlamada: “Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan, sədrimiz cənab Temel Karamollaoğluna zəng edərək başsağlığı verdi” deyilib.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az