Pensiya yaşı ilə bağlı mühüm AÇIQLAMA
1 Noyabr 2024
10:22 - 8 Dekabr 2023
Davamlı inkişaf və gender siyasəti müasir dünyanın iki ən mühüm sosial strategiyasıdır. Azərbaycan dövlətinin diqqətində olan mühüm məsələlərdən biri də ailə institutunun möhkəmləndirilməsidir. Mətbuatın nəsillər arasında körpü rolunu oynadığını nəzərə alsaq televiziyaların, sayt və portalların gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılmasında diqqətli addımlar atmasının vacibliyini vurğulamalıyıq. Çünki media bu məsələlərin işıqlandırılmasında maarifləndirici rol oynayır.
Mövzu ilə bağlı Manset.az-a açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov bildirib ki, mətbuatda ailə məsələləri ilə bağlı xəbər işıqlandırılanda ona peşəkar tərəfdən yanaşmaq lazımdır, hər detalı açmaq və hər bir informasiyanı vermək olmaz.
Fariz Əkbərov vurğulayıb ki, bu baxımdan diplomlu jurnalist ilə peşəkar jurnalist arasında böyük fərq var:
“Son zamanlar xəbər portallarında mənfi bir tendensiya yaranıb. Hər hansı məsələ baş verəndə oxucu kütləsinin çox olması üçün çox vaxt düzgün olmayan vasitələrə əl atırlar. Ailə problemlərinin işıqlandırılmasında çox diqqətli olmaq lazımdır. Mətbuat ailə məsələləri ilə bağlı xəbər işıqlandırılanda ona peşəkar tərəfdən yanaşmaq lazımdır. Hər hansı hadisə baş veribdirsə onu bir başa adları, ünvanları ilə verilməsi və həmin şəxslərin üzünün göstərilməsi düzgün deyil. Amma televiziyalarda ailə məsələlərində insanların üzü göstərilir və həmin insanların təhlükəsizliyi nəzərə alınmır. Nikah könüllü müqavilədir. Hər bir insan könüllü nikaha daxil olur və könüllü də boşanır. İnsanların birgə yaşayışı, həyat dövrü, doğulan uşaqların həyatı nəzərə alınmalıdır. Üstəgəl boşanma zamanı qadına qarşı zorakılıq halları baş veribsə xüsusi diqqətli olmaq lazımdır. İkinci bir məqam da var. İnsan kimdənsə boşandısa onun sabah ailə qurmaq hüququ var. Bu olan təqdirdə mətbuatda adı hallandırılırsa bu gələcəkdə onun həyatı üçün təhlükədir. Eyni zamanda burda uşaqlar var. Təbii ki, uşaqların adının hallanması məktəbdə onlara qarşı bir diskriminasiyaya yol açır. Belə ailələr çoxdu. Bu cür hadisələr intiharların baş verməsinə gətirib çıxarır. Ər arvad arasında olan söz-söhbət mətbuata çıxır, işıqlandırılır, onu oxuyan qohumlar artıq həmin ailəyə qarşı təzyiqlər edir. Həmin insanlar çıxış yolunu yalnız intiharda və ya hər hansı formada özünə zərər vurmaqda görür. Bu cür məsələlərə həqiqi mütəxəssislər cəlb olunmalıdır. Tutaqki ailə ilə bağlı məlumatı işıqlandıran şəxs özünü qoymalıdır həmin ailənin yerinə. O ailənin gələcək təhlükəsizlik məsələsi nəzərə alınmalıdır. Çünki ailədə xəyanət, üçüncü şəxsin müdaxiləsi, hər hansı yanlış məlumatın ötürülməsi və s digər məsələlər ola bilər. O cəhətdən gendər və ailə məsələləri müzakirə olunan zaman jurnalistin peşəkarlığı, araşdırması önəmli rol oynayır. Lakin indi peşəkarlıq qalır qıraqda. Daha çox oxucu kütləsi üçün xəbər yerləşdirilir. Bunun digər tərəfləri, təhlükəsizlik tədbirləri, bundan doğan cinayətlər və s. nəzərə alınmır”.
Fariz Əkbərov qeyd edib ki, son zamanlar ailə daxilində kişilərin zorakılığa məruz qalması halları artıb:
“Zorakılığın bir növü də psixoloji zorakılıqdır. Kişi qadına fiziki zorakılıq göstərirsə, qadınların da kişiyə psixoloji zorakılıq göstərməsi faktları sayca az olsa da mövcuddur. Kişilərin yaxınları tərəfindən döyülməsi kimi hallar baş verir. Həmçinin, kişilər psixoloji zorakılığın qurbanı olur. Bu gün kişilər arasında infarktların sayı çoxalıb. Bunların çoxu psixoloji zorakılıq halında baş verir. Bundan başqa Azərbaycanda uşaq doğulan zaman ilk olaraq uşağın cinsiyyəti ilə maraqlanırlar. Çox vaxt qız uşaqları ilə bağlı müəyyən problemlər görürük. Bizdə ən çox oğlanlara üstünlük verilir. Qız uşaqları bəzi bölgələrdə arzuolunmaz hesab olunur. Bütün bu kimi maniələrə baxmayaraq ümumi statistikaya görə, ölkədə artım normaldır. Bu yaxşı amildir. Amma bir məsələ də var ki, normal həyat tərzi olmayan, vəziyyəti və səhhəti uşaq baxmağa mane olan şəxslərin bəzən 4-5 uşaq dünyaya gətirdiyinin şahidi oluruq. İşləməyən, tüfeyli həyat sürən həmin şəxslər daha sonra efirlərə çıxacaq və “mən uşaqlarımı dövlət müəssisəsinə vermək istəyirəm” deyəcək. Demoqrafik artımın əleyhinə deyilik. Sağlam mühitdə sağlam və cəmiyyətə yararlı uşaqların böyüməsinin tərəfdarıyıq. Tüfeyli həyatda böyüyən uşaq sabah cəmiyyət üçün təhlükəlidir”.
“Bizim.media” xəbər portalının rəhbəri Anar Tahirov isə bildirib ki, gender və ailə problemləri məsələlərinə mediada geniş yer vermək kökündən yanlışdır:
“Ümumiyyətlə, gender, ailə və demoqrafiya məsələləri mətbuatın ən həssas mövzusu hesab oluna bilər. Ailə məsələləri media tərəfindən yalnız arxa planda və obyektivliyi maksimum qorumaq şərti ilə işıqlandırılmalıdır. Təbii ki, neytrallıq prinsipini mütləq şəkildə qorumalıyıq. Məqalələr, ittiham edilən, həm də ittiham olunan tərəflərin fikirlərinə əsasən hazırlanmalıdır. Bu tip informasiyalar birbaşa insanların taleyi ilə bağlıdır və onların bütün həyatına ciddi təsir edə bilər. Ona görə də bu mövzularda xəbərlərin və məqalələrin hazırlanmasında maksimum şəkildə həssas olmaq vacibdir. Xüsusən, məişət zorakılığı ilə bağlı məsələlər daha çox həssaslıq tələb edir. Bu cür məlumatları işıqlandırarkən, həm görüntü, həm də informasiyalarda diqqət olunmalı məqamlar var. Məsələn, məişət zorakılığına məruz qalan şəxslərin görüntüləri, şiddət izləri açıq formada yayımlanmamalı, qurbanın üzü gizlədilməlidir. Çünki şiddət görüntüləri həssas, əsəbləri zəif olan şəxslərin psixologiyasına ciddi təsir edə bilər. Mətnlərdə isə şəxslərin icazəsi olmadan, rəsmi mənbələr açıq məlumat yaymadığı halda ad və soyadın qeyd olunması doğru deyil. Ona görə də şərti adlardan istifadə olunsa, daha yaxşı olar. Zorakılıq qurbanı olan şəxslərin adının açıq formada qeyd olunması onların məişət həyatlarına təsir edə, cəmiyyət tərəfindən təzyiqlərə tuş məruz qalmalarına səbəb ola bilər. Uşaqlarla bağlı məsələlərdə isə vəziyyət daha mürəkkəbdir. Ona görə ki, ən xırda diqqətsizlik, yanlışlıq belə onların bütün gələcək həyatlarına kökündən təsir edə bilər”.
6.3.18. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;
Əfsanə Rəcəb
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin