İtaliyadan "Qalatasaray"a rəsmi təklif

10:53 - 27 İyun 2024

İtaliyadan \"Qalatasaray\"a rəsmi təklif

İtaliyanın "Atalanta" klubu "Qalatasaray"a Nikolo Zaniolo üçün təklif göndərib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Atalanta" rəsmiləri Nikolo Zaniolonun icarə əsasında transferi üçün 5 milyon avro, futbolçunun çıxışından razı qalacaqları halda isə qalıcı olaraq transfer etmək üçün 15 milyon avro təklif ediblər.

"Qalatasaray" rəsmiləri isə təklifi dəyərləndirəcəklərini bildiriblər.

Qeyd edək ki, Nikolo Zaniolo ötən mövsüm "Aston Villa" klubunda icarə əsasında çıxış etmişdi.

 

Fidan Əliyeva

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv