Məşhur Boeing brendinin qalmaqalla dolu servisi kosmosda ilişib qalıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, NASA-nın iki kosmonavtını daşıyan gəminin müxtəlif nasazlıqlar səbəbindən havaya qalxa bilməyəcəyi bildirilib. İyunun 6-da kosmos stansiyasına çatan və 1 həftə qalması gözlənilən vasitənin kosmosda 21-ci günüdür.
Yerə dönüşü dəfələrlə təxirə salınan gəminin qayıdış tarixi məlum deyil.
Dəqiq dönüş tarixi məlum olmayan vasitə ən azı iyulun 2-dək Beynəlxalq Kosmik Stansiyaya (BKS) bağlı qalacaq.
"Stansiya kifayət qədər resursa malik olduğundan və stansiyanın cədvəli avqustun ortalarına qədər nisbətən uyğun olduğundan, ekipajın stansiyanı tərk etməsi üçün vaxt sıxışdırılmır", - NASA rəsmiləri cümə günü yeniləmədə bildiriblər.
Fidan Əliyeva
Manşet.az