Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi ali məktəblərə qəbulun nəticələrini açıqlayıb. Ali təhsil müəssisələrinin müsabiqəsində 88756 nəfər iştirak edib. Onlardan 57236 nəfəri (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub.
Manset.az xəbər verir ki, bu il də tələbə adı qazananlar arasında jurnalist övladları da var. Tələbə adı qazanmış jurnalist övladları ilə bağlı məlumatları təqdim edirik:
"Yeni Müsavat" qəzetinin redaktoru Elşad Məmmədlinin qızı Azərbaycan Tibb Universitetinə daxil olub:
"Həkim atası oldum! Qızım, Gültək-im Azərbaycan Tibb Universiteti, tibb fakültəsinə (dövlət sifarişi) qəbul oldu!"
Jurnalist Rəşad Sarıyevin oğlu tələbə adını qazanan gənclərimiz sırasındadır:
"Rəsulumuz da universitetə qəbul oldu. Çoox şükür! İqtisad Universiteti, Biznesin idarə olunması ixtisası. Özü də pulsuza. Halal olsun, oğlum!""Baku.es" saytının baş redaktoru Fikrət Məmmədovun oğlu da ali məktəbə daxil olub:
"Tələbə atası olmağımla çox sevindim, Bütün ali məktəbə qəbul olanları ,oğlum Murad daxil olmaqla təbrik edirəm,vətənə millətə xeyirli mütəxəsis və övlad olmalarını Allahdan arzu edirəm."
“Bakivaxtı.az” saytının baş redaktoru Qalib İbrahimoğlunun övladı xaricdə təhsil alacaq:
"Muradın 5-ci qəbul dəvətini Süleyman Dəmirəl Universitetinin İqtisadi və İdari Bilimlər Fakültəsindən aldı"
Jurnalist Pərviz Musayevin oğlu da ailəsini sevindirənlər sırasındadır:
"Bu cavan oğlan da tələbə adını qazandı. Oğlumla fəxr edirəm"
"Azərbaycan" qəzetinin redaktoru Rəşad Baxşəliyev tələbə atası olanlar sırasındadır:
"Tələbə adın mübarək oğlum!"
Jurnalist Neyman Səfərəliyevin oğlu da tələbə adı qazananlardandır:
"Bakı Dövlət Universiteti. Yer quruluşu və kadastr ixtisası. Tələbə adını qazanmış bütün abituriyentləri, valideynləri və bu uğurların qazanılmasında əməyi olan müəllimləri təbrik edirəm.""Aznews.az" saytının baş redaktoru Taleh Şahsuvarlının oğlu Özgür isə ADNSU-da təhsil alacaq:
"Atam Novruz kişinin nəvələrindən: Şahsuvarlı Özgür Taleh oğlu- ADNSU, Mexatronika və robototexnika mühəndisliyi, əyani, DS""Matç.az" idman portalının baş redaktoru İxtiyar Əsgərovun qızı da tələbə adını qazanıb:
"Təbriklər, tələbə qızım!"
Jurnalist Samir Mustafayevin qızı da tələbələr sırasına qoşulub:
"Bu balaca qız bizi sevindirdi. O, UNEC-in İqtisadiyyat fakültəsində dövlət sifarişi əsasında oxuyacaq. Övladı tələbə adını qazanan hər kəsi təbrik edirəm!"