Artıq bir neçə gündür Böyükşor-Pirşağı yolunun müəyyən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır. Aparılan təmir işləri səbəbindən sürücülər üçün yolda hərəkət çətinləşib, bu da ərazidə tıxacların yaranmasına səbəb olur.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Manset.az-a açıqlamasında bildirib ki, layihə çərçivəsində yola sonuncu asfalt-beton örtüyü döşənir:
“İşlərin yeni tədris ilinin başlanmasına qədər tamamlanması nəzərdə tutulur”.
Seyranə Quliyeva