Azərbaycanda istehsal olunan bu məhsullar xarici ölkələrə idxal ediləcək 

15:03 - 07 Aprel 2026

Azərbaycanda istehsal olunan bu məhsullar xarici ölkələrə idxal ediləcək 

“Yaxın zamanda qonşu ölkələrə və ərəb ölkələrinə infuziya məhsullarımızın satışı baş tutacaq”. 


Manset.az xəbər verir ki, bu sözləri “Diamed Co” MMC-nin baş direktoru Samirə Hüseynova bu gün keçirilən mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib: 

“Məhsullarımız 121 dərəcədə istehsal olunur. Yəni məhsullarımızın sterilizasiyası Avropa standartlarına uyğun şəkildə aparılır. Hazırda müxtəlif tərkiblərdə olmaqla natrixlor, ringer, ringer laktat, qlükoza (fərqli faiz nisbətlərində), parasetamol, mannitol, metranidazole, diasolid və s. kimi məhsullardır. Bundan əlavə hazırda bəzi antibiotik qrupuna aid olan məhsullar da yaxın günlərdə qeydiyyat mərhələsi başa çatdıqdan sonra istifadəyə veriləcək”. 


Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az