Tramp debatda Baydeni ələ saldı

09:16 - 28 İyun 2024

Tramp debatda Baydeni ələ saldı

Sabiq ABŞ prezidenti Donald Tramp debat zamanı hazırki prezidenti Co Baydenin çıxışını ələ salıb.


Manset.az Apa-ya istinadən xəbər verir ki, miqrasiya ilə bağlı çıxışının sonunda Ağ Evin hazırkı rəhbərinin dili topuq vurub və o cümləsini tutarlı şəkildə tamamlaya bilməyib.

Tramp isə fürsətdən istifadə edərək rəqibini başa düşməyin mümkün olmadığını bildirib.

“Düzünü desəm, onun çıxışının sonunda nə dediyini bilmirəm. Düşünürəm ki, o, nə dediyini bilmir”, – deyə Tramp bildirib.

Qeyd edək ki, Tramp əvvəllər Baydeni cinayətkar adlandırmışdı. Trampın fikrincə, Bayden prezidentlikdən gedən kimi mühakimə olunmalıdır. Bundan əlavə, Tramp insanlara Baydenin oğlu Hunterin məhkəmə prosesini xatırladıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az