Livandan azərbaycanlıların təxliyəsi ilə bağlı müraciət daxil olmayıb.
Manset.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
"Livanda azərbaycanlıların sayı cüzidir. Təxliyə üçün müraciət daxil olmayıb",- deyə o bildirib.
XİN rəsmisi xatırladıb ki, Azərbaycan vətəndaşlarına Livana səyahət etməmələri barədə xəbərdarlıq 3 avqust tarixində verilib.
Qeyd edək ki, artıq İsveçrə və Rusiya öz vətəndaşlarına Livanı tərk etməyi tövsiyə edib.