Rusiya prezidenti Vladimir Putin paytaxt Moskvada keçirilən BRİKS Biznes Forumunda çıxış edib.
Manset.az xarici mediaya istinadla xəbər verir ki, qlobal iqtisadiyyatda BRİKS-in əhəmiyyətinin önümüzdəki illərdə də artmağa davam edəcəyini bildirən Putin, "Birliyimizə daxil olan ölkələr qlobal iqtisadiyyatda böyümənin hərəkətverici qüvvələridir" dedi.
Qlobal iqtisadiyyatda artımın yüzdə 40-dan çoxunun BRİKS ölkələrinin iqtisadiyyatlarından qaynaqlandığını vurğulayan Putin, “Bu ilin nəticələrinə görə, BRİKS-in orta iqtisadi artım tempi 4 faiz olaraq təxmin edilir. Bu, həm G7 ölkələrindəki göstəricilərdən, həm də cəmi 1,7 faizdən yüksəkdir" deyə şərh etdi.
BRİKS ölkələrinin şirkətlərinin bir çox bazarlarda hakim mövqeyə çevrildiyini xatırladan Putin, “BRICS-in fəaliyyəti heç kimə qarşı deyil. BRİKS ölkələrimizin və xalqlarımızın davamlı inkişafı, rifahını özündə əks etdirən ümumi məqsədə nail olmaq məqsədi daşıyır".