Moskvada işləyən azərbaycanlıların NƏZƏRİNƏ - Vəsiqə veriləcək

15:25 - 25 Oktyabr 2024

Moskvada işləyən azərbaycanlıların NƏZƏRİNƏ - Vəsiqə veriləcək

Gələn ildən Moskvada miqrantlar üçün elektron şəxsiyyət vəsiqələri eksperimental olaraq tətbiq ediləcək.

 

Manset.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində paytaxtın meri Sergey Sobyanin danışıb.

Onun sözlərinə görə, bu vəsiqədə əcnəbi vətəndaş haqqında bütün məlumatlar - Rusiyaya gəliş tarixi, biometrik məlumatlar, iş yeri, yaşayış icazəsi, qeydiyyat və s. qeyd olunacaq.

Sənəddə nəyinsə səhv olduğu üzə çıxarsa, polis əcnəbiyə qarşı müvafiq tədbirlər görəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az