Özbəkistan Prezidenti Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham Əliyevin dəvəti ilə 2-4 iyul tarixlərində Azərbaycana gələcək.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində Özbəkistan liderinin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşündə iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, sammitə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatılması gözlənilir.