Özbəkistan Prezidentinin rəsmi qarşılanma mərasimi oldu

14:20 - 02 İyul 2025

Özbəkistan Prezidentinin rəsmi qarşılanma mərasimi oldu

Azərbaycana dövlət səfərinə gələn Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iyulun 2-də rəsmi qarşılanma mərasimi olub.


Manset.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Özbəkistan Prezidentinə raport verib.

Özbəkistan və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qarşısından keçib.

Sonra rəsmi foto çəkdirilib.


***
11:53

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Azərbaycana dövlət səfərinə gəlib.

Manset.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıb.


***

10:24

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə yola düşüb.

     
    Manset.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

    Şavkat Mirziyoyev Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin XVII Zirvə görüşündə iştirak edəcək.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az