Azərbaycanlıları öldürən OMON-çuların FOTOLARI

10:27 - 02 İyul 2025

Azərbaycanlıları öldürən OMON-çuların FOTOLARI

Günlərdir ölkə gündəmini zəbt edən azərbaycanəsilli şəxslərə qarşı hücumda iştirak etdiyi ehtimal edilən Rusiya polislərinin fotoları yayılıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunlar polis mütəşəkkil cinayətkar qrupunun rəhbəri polkovnik Viktor Poznyak (1984-cü il təvəllüdlü), onun müavini və istintaq idarəsinin rəisi polkovnik Nikolay Poçayevets (1981-ci il təvəllüdlü), Poznyakın digər müavini polkovnik-leytenant Rafael Xamidulin (1984-cü il təvəllüdlü) və Poznyakın kadrlarla iş üzrə müavini Aleksandr Smirnıxdır (1990-cı il təvəllüdlü).

Qeyd olunur ki, həmin polis zabitləri məhz ölümlə nəticələnən hadisədə vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə məsuliyyət daşıyırlar.

Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə zamanı 2 azərbaycanlı - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az