Şahin Şıxlinskinin oğlu saxlanıldı

23:42 - 15 İyul 2025

Şahin Şıxlinskinin oğlu saxlanıldı

Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin saxlanılması ilə bağlı bəzi detallar məlum olub.


Manset.az APA-ya istinadən xəbər verir ki, Mutvalı Şıxlinski barəsində axtarış elan olunacağı bildirilib.

    Məlumata görə, o, hazırda Rusiya Federasiyası Cinayət Məcəlləsinin 91-ci maddəsi əsasında iki sutka müddətinə saxlanılıb.

    Saxlanma müddəti başa çatdıqdan sonra məsələ ilə bağlı məhkəmənin keçiriləcəyi gözlənilir.

    ***
    23:17

    Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski saxlanılaraq İstintaq Komitəsimə aparılıb.


    Manset.az APA-ya istinadən xəbər verir ki, hazırda Mutvalı İstintaq Komitəsində dindirilir, ondan iyulun 1-də Baku Plazanın qarşısında saxlanılan zaman baş vermiş insidentlə bağlı izahat alınır.

    Xatırladaq ki, iyunun 27-də Yekaterinburqda azərbaycanlılara qarşı keçirilmiş əməliyyatdan sonra yerli hüquq mühafizə orqanları iyulun 1-də Azərbaycan diasporunun sədri Şahin Şıxlinskiyə də qarşı əməliyyat keçiribər. Şıxlinski avtomobildə hərəkətdə olan zaman xüsusi təyinatlı qüvvələr maşının qarşısını kəsib, zor tətbiq edərək Azərbaycan diasporunun sədri və oğlu Mutvalı Şıxlinskini saxlayıblar. Saxlanılan zaman sükan arxasında olan Mutvalı Şıxlinski özünü itirərək avtomobili geriyə sürüb, bu zaman avtomobilin dəydiyi hüquq mühafizə orqanının əməkdaşı yerə yıxılıb.

    Mutvalının bu gün axşam saatlarında məhz həmin epizoda görə saxlanıldığı, onun barəsində RF Cinayət Məcəlləsinin 318-ci maddəsi ( hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) ilə cinayət işi açıldığı bildirilib.\


    ***

    21:26

    Azərbaycanın Uraldakı diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinski Yekaterinburqda saxlanılıb.


    Manset.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-də Şahin Şıxlinski saxlanılarkən Mütvəli Şıxlinski xüsusi təyinatlı əsgərlərdən birini "Gelandewagen" markalı avtomobillə vurub.

    Hazırda o, İstintaq Komitəsində dindirilir.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az