"Azərbaycan-Rusiya münasibətləri barədə son günlər Əli Kərimlinin səsləndirdiyi fikirlər bir daha göstərir ki, bu adam siyasi məsuliyyət daşımaq əvəzinə populizmə, daxili auditoriyaya yönəlmiş ucuz ritorikaya üstünlük verir".
"Halbuki, beynəlxalq siyasətin reallıqları və regionun geosiyasi balansı tələb edir ki, Azərbaycan həm Qərb, həm də Rusiya ilə münasibətlərini qoruyub saxlasın. Mövcud olduğumuz coğrafiyanın geosiyasi reallıqları və dövlət maraqlarımız bütün qonşularımızla, o cümlədən Rusiya ilə normal, bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağı təlqin edir və bu xətt xarici siyasətimizdə prioritet təşkil edir. Dövlətin maraqları şəxsi ambisiyalarla, populist ritorika ilə təmin edilə bilməz.
Əli Kərimlinin arqumentləri səthi və emosionaldır.
O, guya Azərbaycan hakimiyyətini “qeyri-ciddi” xarici siyasət aparmaqda
günahlandırır, amma özü heç bir real alternativ təqdim etmir. Əgər Azərbaycan
Rusiya ilə əməkdaşlığı tam dayandırsa, regionda hansı güc balansı yaranacaq?
Ermənistan və havadarları bundan necə istifadə edəcək? Rusiya-Azərbaycan
qarşıdurmasının bizim üçün hansı nəticələri ola bilər? Əli Kərimli bu suallara
cavab verə bilmir".
Deputat söyləyib ki, əslində, bu yanaşma onun siyasi təcrübəsindən qaynaqlanır:
"AXC-Müsavat iqtidarı hakimiyyətdə olduğu bir illik qısa müddət ərzində
Rusiya, İran, Çin kimi regional güclərlə, həmçinin digər mühüm dövlətlərlə
sağlam münasibətlər qura bilmədi, nəticədə Azərbaycanı beynəlxalq arenada təcrid
olunmuş vəziyyətə saldı. Ona görə də Əli Kərimli bu gün də öz siyasi xislətinə
uyğun olaraq yalnız destruktiv düşünür və hər zaman qarşıdurma çağırışlarına
üstünlük verir.
Digər tərəfdən, Əli Kərimli unudur ki, Azərbaycan
dövlətinin başlıca vəzifəsi soydaşlarını qorumaqla yanaşı, milli təhlükəsizlik
maraqlarını təmin etməkdir. Bunun üçün isə diplomatik çeviklik,
balanslaşdırılmış siyasət vacibdir. Hər gün bir tərəfə ultimatum vermək,
münasibətləri düşmənçiliyə çevirmək dövlətçilik deyil, məhvə aparan yoldur. Bir
illik hakimiyyəti dövründə AXC-Musavat iqtidarının getdiyi bu yolun ağır nəticələri
hamıya məlumdur.
Əslində, Əli Kərimlinin mövqeyi nə region
reallıqlarını, nə də Azərbaycanın strateji maraqlarını əks etdirir. Onun siyasəti
yalnız Rusiyanın Azərbaycana münasibətdə sərgilədiyi davranışlara qarşı
yaranmış emosional ictimai narazılıqları manipulyasiya etmək və dövlətin
addımlarını gözdən salmaq məqsədi daşıyır. Bu isə qətiyyən milli maraqlarımıza
xidmət etmir, əksinə, bu mövqe Azərbaycanın beynəlxalq mövqelərini zəiflətməyə
yönəlmiş destruktiv yanaşmadır.
Nəticə etibarilə, Əli Kərimli Azərbaycanı təcrid
olunmuş və beynəlxalq güclərin əlində oyuncağa çevrilmiş bir dövlət kimi görmək
istəyir. Lakin xalq da, dövlət də artıq onun bu ifrat populizmini və milli
maraqlara zidd mövqeyini yaxşı tanıyır. Azərbaycan dövlətinin siyasəti Əli Kərimlinin
arzuladığı kimi dağıdıcı, məsuliyyətsiz şüarlar və emosiyalar üzərində deyil,
milli maraqlar və reallıqlar üzərində qurulur".