Hikmət Hacıyevin Vətən müharibəsi zamanı keçirdiyi ilk brifinq - XATIRLATMA

09:24 - 27 Sentyabr 2025

Hikmət Hacıyevin Vətən müharibəsi zamanı keçirdiyi ilk brifinq - XATIRLATMA

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutublar.


Manset.az xatırladır ki, Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüblər.

44 gün davam edən Vətən müharibəsi zamanı Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev mütəmadi olaraq cəbhədə baş verənlərlə bağlı brifinq keçirib. O, mövcud vəziyyətin beynəlxalq hüquq çərçivəsində qiymətləndirilməsini ictimaiyyətə təqdim edib.

Hikmət Hacıyevin 28 sentyabr tarixində keçirdiyi brifinqi yenidən sizlərə təqdim edirik:



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az