Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının 12-ci Zirvəsində iştirak etmək üçün Azərbaycanın Qəbələ şəhərinə yola düşüb.
Manset.az xəbər verir ki, Ərdoğanı hava limanından prezident köməkçisi Cevdet Yılmaz, İstanbul Valisi Davut Gül və digər rəsmilər yola salıblar.
***
10:49
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana səfər edəcək.
Manset.az xəbər verir ki, Türkiyə lideri Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşündə iştirak edəcək.
Ərdoğanın səfər çərçivəsində ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.