Əli Nağıyev kiberfestival iştirakçılarına müraciət ünvanladı

11:05 - 09 Oktyabr 2025

Əli Nağıyev kiberfestival iştirakçılarına müraciət ünvanladı

Xəbər verdiyimiz kimi, Azərbaycanda “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) kiberfestivalı keçirilir.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev kiberfestival iştirakçılarına müraciət ünvanlayıb.

Xidmət rəisi tədbirin ölkəmizin kibertəhlükəsizlik ekosisteminin güclənməsinə ciddi töhfə verəcəyini deyib, DTX-nin kibertəhlükəsizlik sahəsində gördüyü önəmli işlərdən söz açıb: “Bu il kritik informasiya infrastrukturlarını hədəf alan bir sıra qlobal kibertəhdid aktorları tərəfimizdən müəyyən edilib və onların kibermüdaxilə cəhdi vaxtında alınıb. Bundan əlavə, kritik informasiya infrastruktur obyektinə qarşı kiberhücum həyata keçirməklə qanunla qorunan məlumatların icazəsiz əldə edilməsində, eləcə də zərərverici proqram təminatlarının qanunsuz dövriyyəsini təşkil etməkdə təqsirləndirilən bir sıra şəxslər Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər”.

Generalın sözlərinə görə, qlobal kiberməkanda ölkəmizin milli maraqlarını hədəf alan fəaliyyətlərin qarşısının alınması məqsədilə beynəlxalq əməkdaşlığın gücləndirilməsi ötən dövr ərzində Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin prioritetləri sırasında olub. Müxtəlif əməkdaşlıq platformaları çərçivəsində 160-dan çox ölkənin kibertəhlükəsizlik üzrə cavabdeh qurumları, eləcə də qlobal texnologiya şirkətləri və təşkilatları ilə qarşılıqlı əməkdaşlıq əlaqələri formalaşdırılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az