İlham Əliyev Putinə təşəkkür etdi

16:18 - 09 Oktyabr 2025

İlham Əliyev Putinə təşəkkür etdi

Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə 2024-cü ilin dekabrında Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə bağlı məlumata görə təşəkkür edib.


Manset.az Lenta.ru-ya istinadən xəbər verir ki, Minval Politikanın Telegram kanalında Azərbaycan liderinin çıxışından bir parça dərc olunub .

“Bu məlumat üçün bir daha təşəkkür edirəm” deyən Əliyev Putinə müraciət edərək əlavə edib ki, Moskva və Bakı təyyarə qəzasının səbəblərini araşdırmaq üçün əlaqə saxlayır. O, həmçinin Putinə və Rusiya xalqına ən xoş arzularını çatdırıb.

Putin və Əliyev 2025-ci ildə münasibətlərin soyumasından sonra ilk dəfə görüşüblər. Görüşdə Rusiya prezidenti iki rus hava hücumundan müdafiə raketinin AZAL təyyarəsinin bir neçə metrliyində partladığını açıqlayıb və təzminat ödəyəcəklərini vəd edib .

Bundan əlavə, Vladimir Putin təyyarənin qəzaya uğramasının səbəblərindən birinin Ukraynaya məxsus pilotsuz uçan aparat olduğunu bildirib. O qeyd edib ki, hadisənin səbəbini ötən gün öyrənib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az