Düşənbədə keçirilən MDB dövlət başçılarının sammitində maraqlı məqamlar qeydə alınıb.
Manset.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun etdiyi zarafat liderlər arasında gülüş doğurub.
Sammitin başlanmasından əvvəl Belarus lideri İlham Əliyevə müraciətlə belə deyib:
"İlham Heydəroviç, sən dünən narahat idin. Mən isə dedim: Nikol Vovayeviç biz olmadan heç yerə gedə bilməz!"
Paşinyan bu zarafata belə cavab verib:
"Axı necə ola bilər ki, mən gəlməyim?".
Sözügedən görüntüləri təqdim edirik: