"Prezident İlham Əliyev oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasıda çıxışı zamanı bir sıra mühüm məsələlər toxundu, MDB çərçivəsində əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdirdiyini diqqətə çatdırdı".
Manset.az xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib. Deputat bildirib ki, dövlət başçısı çıxışına Qardaş Tacikistan xalqını əldə etdiyi uğurlar münasibətilə təbrik etməklə və ölkədə görülən işləri yüksək qiymətləndirməklə başladı.
“Dövlət baçısı eyni zamanda Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf etdiyini diqqətə çatdırdı.
Azərbaycan ilə Tacikistan arasında əlaqələr bu gün yüksək səviyyədədir və ardıcıl şəkildə inkişaf edir. Dövlətlərimiz arasında münasibətlər qardaşlıq, dostluq və qarşılıqlı dəstəyə əsaslanır. Bu əməkdaşlığın əsasını etimad, birgə maraqlar və qarşılıqlı hörmət təşkil edir. Hər iki ölkənin rəhbərlərinin siyasi iradəsi və qarşılıqlı səfərləri bu münasibətlərin daha da dərinləşməsinə xidmət edir. Tacikistan və Azərbaycan arasında iqtisadi, humanitar və mədəni sahələrdə qarşılıqlı əməkdaşlıq genişlənməkdədir və bu, gələcəkdə yeni bir mərhələyə yüksələcək”.
A.Həsənova qeyd edib ki, dövlət başçısı öz çıxışında MDB çərçivəsində humanitar əməkdaşlğın inkişaf etməsinə də diqqət çəkdi: “Bu kontekstdə, dövlət başçısı Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin incisi olan Laçın şəhərinin bu il MDB-nin “Mədəniyyət paytaxtı” seçilməsini xüsusi qeyd edərək təşəkkürünü bildirdi. Cənab Prezident qeyd etdi ki, “Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib”. Prezident bir daha Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan sürətli bərpa və quruculuq işlərini dövlət başçılarının diqqətinə çatdırdı”.
Deputat vurğulayıb ki, Azərbaycan həm də dünyada idman ölkəsi, mühüm beynəlxalq idman yarışlarının ev sahibi kimi nüfuz qazanb: “Bu konteksdə Azərbaycanın daha bir mühüm töhfəsi III MDB Oyunlarına ev sahibliyi etməsi oldu. Dövlət başçısı çıxışında bu məsələ toxunaraq bildirdi ki, “Birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları oldu”.
A.Həsənova əlavə edib ki, Azərbaycan regionda sülh, əməkdaşlıq və qarşılıqlı inkişafa yönəlmiş siyasət yürüdür: “Tacikistanla dostluq əlaqələrinin möhkəmlənməsi, MDB çərçivəsində birgə layihələrin gerçəkləşdirilməsi bu siyasətin mühüm tərkib hissəsidir. İnanıram ki, qarşılıqlı hörmət və dostluq ruhu gələcəkdə də xalqlarımız arasında münasibətlərin daha da dərinləşməsinə töhfə verəcək”.