Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə İctimai Şuranın fəaliyyəti barədə danışıb.
-Çingiz müəllim, fəaliyyət göstərdiyiniz 5 ay ərzində İctimai Şuranın gördüyü işlərlə bağlı fikirlərinizi öyrənmək istəyirik. Siz əvvəlki müsahibənizdə qeyd etmişdiniz ki, Ədliyyə Nazirliyi yanında İctimai Şura digər qurumlarda fəaliyyət göstərən İctimai Şuralara örnək olacaq.
-“İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq, Ədliyyə Nazirliyində keçirilmiş seçkilər nəticəsində 7 nəfərdən ibarət İctimai Şura formalaşmışdır. Bu ilin aprel ayının 28-də İctimai Şura öz rəhbər heyətini seçərək fəaliyyətə başlamışdır. İlk 10–12 gün müddətində biz ancaq tanışlıq, görə biləcəyimiz işlər, planlarımız barədə müzakirələr apardıq. May ayının 12-dən isə artıq fəaliyyətə başladıq. Bu günə kimi İctimai Şuranın üzvləri Ədliyyə Nazirliyinin müvafiq strukturlarında 72 tədbirdə iştirak ediblər. Bu tədbirlər sırasında İctimai Şuranın Ədliyyə Nazirliyinin cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında keçirdiyi monitorinqləri, Nazirlikdə formalaşdırılmış müxtəlif komissiyaların iclaslarında və Ədliyyə Nazirliyinin təşkil etdiyi tədbirlərdə iştirakı, həmçinin Nazirliyin rəhbər şəxsləri və müxtəlif idarələrin rəhbər heyətləri ilə görüşlərini misal çəkə bilərik. Əgər 5 ay ərzində İctimai Şura ümumilikdə 72 tədbirdə iştirak edə bilibsə, deməli, biz artıq başqa qurumlarda fəaliyyət göstərən İctimai Şuralara örnək olduğumuzu sübut etmişik. Fəaliyyətimizi gələcəkdə də belə davam etdirəcəyik.
-Gördüyünüz işlər barədə qısaca məlumat verə bilərsinizmi?
-İctimai Şura üzvləri bəzən həftədə 4–5 tədbirdə iştirak edirlər. Əvvəla, qeyd etmək istəyirəm ki, İctimai Şura Ədliyyə Nazirliyinin istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 23 monitorinq keçirib. Buraya, həmçinin Ədliyyə Nazirliyinin regionlarda yerləşən Şəki Penitensiar müəssisəsi, Gəncə istintaq təcridxanası, Lənkəran Penitensiar müəssisəsi və Salyanda 5 saylı cəzaçəkmə müəssisəsində keçirilən monitorinqlər də daxildir. Həmçinin hazırda İctimai Şuranın Nazirliyin fəaliyyət istiqamətləri üzrə baş idarələrlə görüşləri keçirilir. Biz Nazirliyin Bələdiyyələrlə İş Baş İdarəsində və Probasiya Xidmətində olmuşuq. Hər iki baş idarənin gördüyü işlər və həyata keçirdiyi layihələrlə yaxından tanış olduq. Görüşlərdə İctimai Şura üzvlərini maraqlandıran suallar ətrafında faydalı fikir mübadiləsi apardıq. Bu görüşlərin yaxın zamanda Nazirliyin digər baş idarələri ilə də keçirilməsi nəzərdə tutulur.
-İctimai Şura üzvləri Nazirliyin fəaliyyətinə hansı formada cəlb olunurlar?
-Qeyd edim ki, Ədliyyə nazirinin müvafiq əmri ilə Ədliyyə Nazirliyində şərti olaraq vaxtından əvvəl azad etmə və Nazirliyin Penitensiar Xidmətində işə qəbul komissiyaları yaradılıb. İctimai Şura üzvləri bu komissiyalarda təmsil olunurlar. Qeyd edim ki, bizim bu cür aktiv və geniş fəaliyyətimiz Nazirlik tərəfindən Şuraya yaradılmış şəraitlə əlaqədardır. Fəaliyyətimiz tam sərbəst şəkildə həyata keçirilir. Bildirmək istəyirəm ki, adıçəkilən komissiyaların tərkibi Ədliyyə naziri Fərid Əhmədov tərəfindən formalaşdırılıb. İclaslar şəffaf və açıq səsvermə qaydasında keçirilir. Hər iki komissiyada 5 ay ərzində 45 iclasda iştirak etmişik. Həmçinin müxtəlif tarixlərdə Nazirliyin keçirdiyi digər tədbirlərdə də təmsil olunmuşuq.
-Qeyd etdiniz ki, cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında mütəmadi monitorinqlər keçirirsiniz. Monitorinqlər zamanı hansı məsələlərə baxılır?
-İlk növbədə məhkumların və istintaq təcridxanalarında saxlanılan şəxslərin yataq, qidalanma və saxlanma şəraiti, müalicə alırlarsa, tibbi xidmətin vəziyyəti, ibadət imkanları, uzun və qısamüddətli görüşlər, istirahət vaxtının səmərəli keçirilməsi üçün yaradılan şərait, kitabxananın vəziyyəti, müəssisə tərəfindən yaradılmış sanitar və gigiyenik vəziyyət ilə tanış oluruq. Məhkumlarla öz xahişləri ilə təkbətək və konfidensial görüşlər keçiririk. Həm də məhkumlarla söhbət zamanı onların suallarını cavablandırırıq.
-Bəzi məhkumlar hesab edirlər ki, əgər hər hansı xəstəlik keçirirlərsə, cəzadan azad edilə bilərlər. Bununla bağlı proses necə tənzimlənir?
-Əvvəla, cəza almış şəxsin cəzadan azad edilməsi məsələsi qanunvericiliklə tənzimlənir. Xəstəliyə görə cəzadan azad etmə ilə bağlı belə hesab edirəm ki, cəmiyyətdə birmənalı yanaşma var – məhkum xəstədirsə, azad oluna bilər. Unutmayaq ki, qanunvericilik deyir ki, elə kateqoriyalı xəstə məhkumlar var ki, onlar cəzasının çəkilməsinə mane olan ağır xəstəliyə tutulduğu halda, cəzaçəkmə yerləri üzrə məhkəmələrin qərarı ilə azad edilə bilərlər. Amma burada başqa bir məqam da var. Xəstəliyin dərəcəsi müəyyən olunmalıdır ki, görək, qanunvericilik bu dərəcədə xəstəliyi olanların azad olunmasına imkan verirmi? Tutaq ki, məhkum onkoloji xəstədir – 1-ci, 2-ci, 3-cü dərəcəli xəstədir, onun müalicəsi cəzaçəkmə müəssisəsində aparılır. Amma 4-cü dərəcəli onkoloji xəstə varsa, Milli Onkologiya Mərkəzinin müvafiq komissiyası tərəfindən xəstəliyin dərəcəsinin təsdiq edilməsi barədə rəy Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə təqdim edilir. Təqdim edilmiş rəy və toplanmış sənədlərə Ədliyyə Nazirliyinin Xüsusi Həkim-Ekspert Komissiyasında baxılır və yekun rəy məhkəməyə təqdim edilir. Yalnız məhkəmə qanuna müvafiq olaraq həmin komissiyanın rəyini müsbət dəyərləndirib, şəxsi cəza çəkməkdən azad edir. Yəni, bu başa düşülməlidir ki, Ədliyyə Nazirliyi hər hansı məhkumu özü cəzadan azad edə bilməz. Bunun üçün qanunvericiliyin müəyyən tələbləri, prosedurlar, digər qurumların rəyləri, xəstəliyin dərəcəsi, məhkəmə prosesi var və ondan sonra məhkum cəzadan azad oluna bilər. Hər bir məhkum cəzaçəkmə müəssisəsinə məhkəmə hökmü ilə gəldiyi üçün onun azad olunması da yeni bir məhkəmə qərarı ilə mümkündür.
-İctimai Şura keçirəcəyi tədbirləri öncədən planlaşdırırmı?
-Bəli, İctimai Şura üzvləri ilə birlikdə biz iş planı tərtib edirik və fəaliyyətimizi həmin iş planına uyğun həyata keçiririk. Şuranın bütün üzvləri bu tədbirlərdə böyük həvəslə, aktiv iştirak edirlər. Hesab edirəm ki, bu müsahibələri verməklə biz Ədliyyə Nazirliyinin fəaliyyətində ictimai iştirakçılığın təmin edilməsi barədə Nazirlik yanında İctimai Şura olaraq həm də cəmiyyətə hesabat vermiş oluruq. (Demokrat.az)
İctimai Şura sədrinin növbəti hesabatı — MÜSAHİBƏ
11:50 - 17 Oktyabr 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
29 Oktyabr 2026 - 11:25
Prezident Ərdoğanı təbrik etdi
29 Oktyabr 2026 - 16:03
Prezident Türkiyədəki görüşdə iştirak edə bilməyəcək
29 Oktyabr 2026 - 09:20
Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi
29 Oktyabr 2026 - 13:13
Sabah yenə yağış yağacaq - PROQNOZ
29 Oktyabr 2026 - 17:32
İlham Əliyev İspaniya Kralına başsağlığı verdi
29 Oktyabr 2026 - 22:51
Prezidentin qızı və gəlini sərgidə - Fotolar
29 Oktyabr 2026 - 21:32
Ceyhun Bayramovdan nəzakətli addım - VİDEO
29 Oktyabr 2026 - 18:41
Xalq artisti Zaur Rzayev vəfat etdi
29 Oktyabr 2026 - 14:18
DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan etdi
29 Oktyabr 2026 - 22:31
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi
29 Oktyabr 2026 - 11:41
Türk Dövlətləri Təşkilatının (TDT) XIII Zirvə Görüşü Ankarada öz işinə başlayır - VİDEO
29 Oktyabr 2026 - 10:05
Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib?
Xəbər xətti
- 30 Oktyabr 2026
- 01:30 Ürəyi "öldürən" qidaların qara siyahısı
- 00:30 “Arsenal”ın şikayəti rədd edildi
- 29 Oktyabr 2026
- 23:54 Mehriban Əliyeva qızı və gəlini ilə - FOTOLAR
- 23:46 Bəzi ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ
- 23:32 Hikmət Hacıyev "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı filmini paylaşdı - VİDEO
- 23:11 Bakıda yük maşını qəza törətdi - Yol bağlandı
- 22:51 Prezidentin qızı və gəlini sərgidə - Fotolar
- 22:31 Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi
- 22:15 Trampla Ərdoğan telefonla danışdı
- 21:53 Zaur Rzayevin vəfatı ilə bağlı NEKROLOQ
- 21:32 Ceyhun Bayramovdan nəzakətli addım - VİDEO
- 21:17 Forum iştirakçılarının Qarabağ bölgəsinə səfəri təşkil olunub - FOTOLAR
- 20:53 Fidan Hümbətova qeyri-etik davranışlarına görə cəzalandırıldı
- 20:34 Könül Əliyeva qızıl medal qazandı
- 20:16 Mingəçevirdə evdə meyit tapıldı
- 19:52 Balabəy Ağayev qızıl medal qazandı
- 19:33 "Hörmüz boğazında neft tankeri minaya düşdü" - İran HDQ
- 19:17 Kapadokiyada qaya uçdu - Ölənlər var
- 19:00 Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatdı - FOTO
- 18:41 Xalq artisti Zaur Rzayev vəfat etdi
- 18:34 Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olundu
- 18:14 Qurban Qurbanov “Fənərbaxça”nın baş məşqçisi postuna namizəddir
- 17:55 Siyəzəndə ünvanlı sosial yardıma görə dava - Qayınata kürəkənini döydü
- 17:47 Siyəzəndə 11-ci sinif şagirdi motosiklet qəzasında öldü
- 17:40 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşdi
- 17:37 İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşdü - FOTOLAR
- 17:36 “Bölgəmizin təhlükəsizliyini birlikdə təmin edə bilərik” - Pezeşkian
- 17:32 İlham Əliyev İspaniya Kralına başsağlığı verdi
- 17:30 6 tondan çox narkotik qanunsuz dövriyyədən çıxarıldı
- 17:25 "Məhkəmədən xahişiniz nədir" sualına Ramiz Mehdiyev hansı reaksiyanı verib?
- 17:15 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi - YENİLƏNDİ
- 17:10 "Jurnalistlərə hücum edənlər cəzalandırılmalıdır" - Hacıbəy Heydərli
- 17:07 Kamran Əliyev Rusiyanın Baş prokuroru ilə görüşdü - FOTOLAR
- 16:56 Azərbaycanın qadın yığması kamandan oxatma üzrə qızıl medal qazandı - FOTOLAR
- 16:48 “AzerGold” QSC 20-ci Beynəlxalq “MiningMetals” sərgisində iştirak etdi - FOTO/VİDEO
- 16:40 Məktəbdəki insidentə görə 3 nəfərə cinayət işi açıldı
- 16:34 Bakıda idmançı məşq zamanı öldü
- 16:28 Azərbaycanda 9 ayda 146 cinayətkar qrup zərərsizləşdirildi
- 16:21 Milli kimlik və vətənpərvərlik - Gənclərin tərbiyəsində yeni yanaşmalar
- 16:08 “REAL TV-nin əməkdaşlarına edilən hücum ciddi problemi üzə çıxardı” - Fazil Mustafa
- 16:03 Prezident Türkiyədəki görüşdə iştirak edə bilməyəcək
- 15:58 Vilayət Eyvazov rəislərin qarşısında konkret tələblər qoydu
- 15:50 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu
- 15:45 Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirildi - FOTO
- 15:40 Azərbaycan Kubokunda II təsnifat mərhələsinə 2 oyunla yekun vurulacaq
- 15:35 “Heç kimin istəmədiyi, lazımsız müharibəyə başladılar” - Obama
- 15:29 Türkanda yolları zibil basdı - İcra hakimiyyəti tədbir görmür
- 15:28 Maaşlar nə qədər artacaq?
- 15:16 Alyona Əliyeva "Halloween" şənliyindən paylaşım etdi
- 14:55 AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR
- 14:48 "Bəzi qüvvələr ölkəmiz haqqında beynəlxalq ictimai rəyi çaşdırmağa cəhdlər göstərir" - Deputat